«Bank Avrasiya» I rübü mənfəətlə başa vurub

«Bank Avrasiya» I rübü mənfəətlə başa vurub
# 19 aprel 2013 09:08 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 1,916 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 19,6% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri isə 57,1% azalaraq 1,157 mln. manata çatıb.

Nəticədə, ilk rüb ərzində bank 645 min manat həcmində mənfəət əldə edib, halbuki ötən ilin müvafiq dövrünün yekununda 1,093 mln. manat həcmində zərər müşahidə olunub.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 1,678 mln. manat, qeyri-faiz gəlirləri 0,238 mln. manat, faiz xərcləri 0,630 mln. manat, qeyri-faiz xərcləri isə 0,527 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR