Koreya Azərbaycanla tələbə mübadiləsi proqramını genişləndirmək istəyir

Koreya Azərbaycanla tələbə mübadiləsi proqramını genişləndirmək istəyir
# 22 fevral 2013 14:16 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Koreya Azərbaycanla tələbə mübadiləsi proqramını genişləndirməyə tərəfdardır. Koreya Respublikasının Azərbaycandakı səfiri Ço Sun-İnn APA-ya bildirib ki, hazırda Koreyada 76 azərbaycanlı tələbə, Azərbaycanda isə 26 koreyalı tələbə təhsil alır.

Səfir ötən il Azərbaycan Diplomatik Akademiyası ilə Xankuk Xarici Tədqiqatlar Universiteti arasında qarşılıqlı anlaşma memorandumunun imzalandığını xatırladıb. Bu ay ADA-nın rektoru Hafiz Paşayev rəhbərlik etdiyi təhsil müəssisəsi ilə Koreyanın aparıcı universitetlərinin əlaqələrini inkişaf etdirməyə dair məsələləri müzakirə etmək üçün bu ölkədə səfərdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR