Azərbaycan Mərkəzi Bankı daxili bazarda kreditlərin ucuzlaşmasını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı daxili bazarda kreditlərin ucuzlaşmasını dəstəkləyir
# 15 noyabr 2012 09:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki kommersiya bankları tərəfindən kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasını dəstəkləyir. Bunu «APA-Economics»ə açıqlamasında AMB-nin baş direktoru Rəşad Orucov bildirib: «Lakin başa düşmək lazımdır ki, bunun obyektiv baxımdan və inzibati müdaxilə yolu ilə həyata keçirmək mümkün deyil».

R.Orucov qeyd edib ki, məsələyə dəqiq yanaşmaq üçün bankların faizlərin formalaşması məsələsinə fikir verilməlidir: «Hazırda kreditlərin orta dərəcəsi 15%-dir, bunun da 10,1%-i cəlb olunma üzrə faizlərdir. Qalan hissəsində qeyri-faiz, inzibati xərclər və, nəhayət, bankın mənfəəti var. Hesab etmirəm ki, Azərbaycan banklarının qazancı elə də yüksəkdir».

AMB rəsmisi əlavə edib ki, daxili bazarda kreditlərin ucuzlaşması üçün ilk növbədə cəlb olunan vəsaitlər ucuzlaşdırılmalıdır, bu isə bankların resurs bazasının darlaşmasına səbəb ola bilər. «Ümumilikdə isə, əlbəttə ki, Azərbaycanda yüksək faizli kreditlər var, bunlar müxtəlif növ məhsullara aiddir, lakin bu, dünya praktikasında da var, məsələn, kart kreditləri hər yerdə bahadır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR