Bakıda axtarışda olan şəxslər həbs edilib

Bakıda axtarışda olan şəxslər həbs edilib
# 04 noyabr 2015 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsi, Binəqədi rayon Cinayət-Axtarış Şöbəsi və 4-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Nəriman Heydərov saxlanılıb.

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1987-ci il təvəllüdlü Pərviz Qasımov tutulub.

Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Namiq Əlizadə saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR