Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib
# 03 oktyabr 2015 11:10 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 12 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” çərçivəsində sahil zolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır. “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR