Nazir müavini:  “Qlobal forumda “Ebola” virusu yayılmış ölkələrin iştirakına qadağa qoyulması barədə yayılan məlumatlar doğru deyil”

Nazir müavini:  “Qlobal forumda “Ebola” virusu yayılmış ölkələrin iştirakına qadağa qoyulması barədə yayılan məlumatlar doğru deyil”
# 27 oktyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. “Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda “Ebola” virusu yayılmış ölkələrin iştirakına qadağa qoyulması barədə mətbuatda yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün təşkil edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Forumda iştirakla bağlı qadağa yalnız qeydiyyatdan keçdiyi saydan daha çox nümayəndə göndərən ölkələrə aiddir.

Nazir müavini deyib ki, Azərbaycanın Səhiyyə Nazirliyi “Ebola” virusu yayılan ölkələrdən gələn nümayəndələr üçün profilaktik tədbirlər görməyə hazır olduğunu bildirib: “Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına da müraciət etmişik. Onlardan xahiş etdik ki, bizə bu prosesdə dəstək olsunlar. Ümid edirik ki, hər şey yaxşı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR