Cəbhədə şəhid olan hərbçilərdən biri Qazax rayonunda torpağa tapşırılıb

Cəbhədə şəhid olan hərbçilərdən biri Qazax rayonunda torpağa tapşırılıb
# 01 avqust 2014 10:53 (UTC +04:00)

Qazax rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu doğulduğu Cəfərli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayonun İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar. Məlumata görə İsə Almazovun 4 övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR