ABŞ-da jurnalistləri öldürən şəxs intihara cəhd edib - YENİLƏNİB

ABŞ-da jurnalistləri öldürən şəxs intihara cəhd edib - <span style="color: red;">YENİLƏNİB
# 26 avqust 2015 19:05 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Cinayətkarın hərəkətinin motivi bəlli deyil.

Avqustun 26-da ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı WDBJ7 telekanalının reportyoru Elison Parker və fotoqraf Adam Uard keçmiş həmkarı Brays Uilyams tərəfindən güllələnib. Bundan sonra B.Uilyamsın intihar etdiyi barədə məlumat yayılmışdı.

***

21:09

Bakı - APA. ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir öldürən şəxs intihar edib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qətli törədənin şəxsiyyəti müəyyənləşib.

Brays Uilyams əvvələr WDBJ7 telekanalının əməkdaşı, güllələdiyi şəxslərin həmkarı olub.

İntihardan əvvəl hadisənin video görüntülərini yayan Brays Uilyams jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR