Masallıda növbəti ağacəkmə iməciliyi keçirilib - FOTOSESSİYA

Masallıda növbəti  ağacəkmə iməciliyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 mart 2015 19:42 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq və İctimai Maarifləndirmə Kampaniyası çərçivəsində martın 14-də Masallıda növbəti ağacəkmə iməciliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun bütün idarə, müəssisə və təşkilatların əməkdaşlarının, yerli ictimaiyyət nümayəndələrinin qatıldığı iməcilik Masallı şəhəri ilə yanaşı, rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr yararlı vəziyyətə gətirilib. Ümumilikdə gün ərzində rayon ərazisində yerli şəraitə uyğun 3500-ə yaxın ağac əkilib. Əkilən tinglər suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.

İməcilk zamanı həmçinin əvvəllər əkilən ağac və bəzək kollarına, yaşıllıqlara da qulluq göstərilib, park və xiyabanlarda səliqə-sahman yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR