İsmayıllı sakini həmyerlisi olan iki qardaşa atəş açıb

İsmayıllı sakini həmyerlisi olan iki qardaşa atəş açıb
# 28 avqust 2014 10:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. İsmayıllı rayon sakinindən silah götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Əlvan Allahverdiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 27-də həmkəndlisi Əli Hüseynovun münaqişə zəminində ona və qardaşı Ramazana tərəf ov tüfəngindən 1 dəfə atəş açdığını bildirib.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR