Berat Albayrak Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının həmsədri təyin olunub

Berat Albayrak Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının həmsədri təyin olunub
# 17 iyun 2016 13:22 (UTC +04:00)

Bakı - APA-Economics. Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin olunub.

"APA-Economics" "Resmi Gazete"yə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binali Yıldırım müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri baş nazirin birinci müavini Abid Şərifovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR