Çində şiddətli yağışlar nəticəsində 13 nəfər ölüb, itkin düşənlər var

Çində şiddətli yağışlar nəticəsində 13 nəfər ölüb, itkin düşənlər var
# 16 iyun 2016 00:48 (UTC +04:00)

Bakı-APA. Çinin cənub bölgəsində yağan şiddətli yağışlar nəticəsində 13 nəfər həlak olub, daha 13 nəfər isə itkin düşmüş hesab olunur.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Lun Huey dairəsində daşqınlar nəticəsində 530 ev dağılıb, 12 min nəfər təxliyə edilib.

Çuçjou şəhərində su anbarı daşıb, yerli sakinlərin evakuasiyası davam etdirilir. Ölkənin cənub bölgəsində şiddətli yağıntılar səngimək bilmir. Zərərçəkən rayonlara çadırlar, içməli su, müxtəlif ləvazimatlar göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR