«VTB Azerbaijan» bankının aktivləri I rübdə 52% artıb

«VTB Azerbaijan» bankının aktivləri I rübdə 52% artıb
# 18 aprel 2013 12:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «VTB Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 97,472 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 52,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 81,5% artaraq 85,484 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 39,139 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 3,4 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 5,4% artaraq 3,306 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 2,8 faiz bəndi azalaraq 3,9%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 5,9 dəfə artaraq 16,212 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 5,256 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 4,0% artaraq 15,600 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 23,815 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,6 dəfə artaraq 5 864, o cümlədən fiziki şəxslərin sayı 2,8 dəfə artaraq 5 619, hüquqi şəxslərin sayı 14,0% artaraq 245 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il aprelin 1-nə 476-ə bərabər olub.


Hazırda bankın ölkə üzrə 2 filialı, 3 bankomatı, 2 POS-terminalı fəaliyyət göstərir. Bankın 202 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR