Gəncədə qohumunun evindən 80 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qız tutulub

Gəncədə qohumunun evindən 80 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qız tutulub
# 21 may 2016 09:47 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qohumunun evindən oğurluq edən qız saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini Səmayə Məmmədova idarəyə müraciət edərək bildirib ki, Yeni Gəncə qəsəbəsində ona məxsus mənzildən 80 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S. Məmmədovanın baçısı nəvəsi, Şəmkir rayon Mahmudlu kənd sakini, 1995-ci il təvəllüdlü Həcər Muradova saxlanılıb.

O, oğurluq etdiyini etiraf edib və oğurladığı qızıl zinət əşyalarını istintaqa təhvil verib.

H. Muradova anasının xəstə olduğunu və ona dərman almaq üçün oğurluq etdiyini bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR