Azərbaycanda “Yoqa həftəsi” başlayıb

Azərbaycanda “Yoqa həftəsi” başlayıb
# 22 iyun 2016 09:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, YARAT təşkilatının dəstəyi ilə Hindistanın Bakıdakı səfirliyi tərəfindən “Yoqa həftəsi”nə start verilib.

APA-nın xəbərinə görə, festival çərçivəsində artıq İçərişəhərdə açıq havada və Suraxanıda yerləşən tarixi Atəşgahda yoqa sessiyası keçirilib.

“Yoqa həftəsi” çərçivəsində Bakı və Gəncədə yerləşən müxtəlif yoqa təsisatları tərəfindən də bir sıra tədbirlər təşkil ediləcək. Hindistan səfirliyindən bildirilib ki, yeni başlayan və müntəzəm yoqa ilə məşğul olan şəxslər bu sessiyalara qoşula bilərlər. Yoqa mərasimləri iyunun 26-da YARAT Müasir İncəsənət Məkanında Yoqa Şahi Studiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlə yekunlaşacaq.

Həftə ərzində iştirakçılara yoqaya dair mühazirələr oxunacaq, Hindistan musiqisi, rəqslər, Hindistan mətbəxi barədə məlumat veriləcək. Tədbirlərə giriş sərbəstdir və ictimaiyyətə açıqdır.

Qeyd edək ki, Hindistandan başlanğıcını götürmüş yoqa praktikası 2014-cü ilin dekabrında BMT Baş Assambleyasında 21 iyunun Beynəlxalq Yoqa Günü elan edilməsi ilə qeyd olunmağa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR