Gürcüstanda zəlzələ olub, Azərbaycanın yaxın rayonlarında 3 bala qədər hiss edilib

Gürcüstanda zəlzələ olub, Azərbaycanın yaxın rayonlarında 3 bala qədər hiss edilib
# 12 iyun 2016 10:46 (UTC +04:00)

Bakı-APA. Bu gün saat 4:52 radələrində Zaqatala-dan 58 km şimal-qərbdə Gürcüstan ərazisində 4,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinjən APA-ya verilən məlumata görə, zəlzələ ocağı 3 km dərinlikdə yerləşib.

Zəlzələ Azərbaycanın yaxın yaşayış rayonlarında 3 bala qədər hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR