Nazir müavini: “Avropa İttifaqı ilə insan haqları məsələsində müzakirələrə hazırıq”

Nazir müavini: “Avropa İttifaqı ilə insan haqları məsələsində müzakirələrə hazırıq”
# 25 fevral 2015 09:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Latviyanın Aİ Şurasına sədrliyi ilə əlaqədar Bakıda keçirilən tədbirdə deyib.


Nazir müavini bildirib ki, Aİ ilə münasibətlərdə insan haqları məsələsi vacib məsələdir: “Biz gənc, demokratik ölkəyik. İkitərəfli müzakirələrə hər zaman hazırıq. İnsan haqlarının təmin olunması məsələsi uzun sürən prosesdir. Aİ-nin insan haqları üzrə xüsusi nümayəndəsi də Azərbaycanda səfərdədir. Çoxlu müzakirələr aparılıb. Biz bu səfərlərə şərait yaratmaqla imkan veririk ki, bu sahədə tədbirlər davam etsin. Dialoq aparılmalıdır. Bəzi bəyanatlar müəyyən siyasi yönümlü qrupların verdiyi informasiyaya əsaslanır və təəssüf ki, rəsmilər adətən hökumətin rəyinə qulaq asmırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR