Tiflisdə Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramları çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTO

Tiflisdə Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlıq Proqramları çərçivəsində beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 04 iyul 2014 18:41 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Şərq Tərəfdaşlığı ölkələri Ərazi Əməkdaşlığının (EaPTC) Açılış Ppoqramı” adlanan beynəlxalq konfransda Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna, Belarus və müxtəlif beynəlxalq təşkilatlar, sərhədyanı ərazilərdə fəaliyyət göstərən QHT-lər, eyni zamanda Gürcüstan rəsmiləri iştirak edir.

Tədbiri EaPTC Proqramı çərçivəsində ekspertlər qrupunun rəhbəri Aleksey Sekarev açıb. Sonra tədbirdə Gürcüstan regional inkişaf və infrastruktur nazirinin birinci müavini Tenqiz Şerqelaşvili çıxış edərək Gürcüstan-Azərbaycan komissiyasının yaradılması haqqında fikirlərini bildirib: “Komissiya iki ölkənin sərhədyanı regional əməkdaşlığın inkişaf məsələləri ilə məşğul olacaq. Komissiya həm də Şərq Tərəfdaşlığı Proqramının layihələrinin həyata keçirilməsində yaxından iştirak edəcək”.

Tədbirdə Azərbaycan İqtisadiyyat və Sənaye nazirliyinin 20 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir. Bu gün tədbirdə Azərbaycanın İqtisadiyyat və Sənaye nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq departamentinin rəhbəri Ruslan Rüstəmli çıxış edərək Azərbaycanda Avropa Birliyinin dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramlarının uğurla həyata keçirilməsindən danışıb. O, son 10 ildə Azərbaycanda büdcə gəlirlərinin artdığını və regionların müasir standartlara uyğun inkişaf etdiyini, sərhədyanı bölgələrin, əhali arasında əlaqələrin intensivləşdiyini, həyata keçirilən proqramların müsbət nəticələr verdiyini bildirib.Tədbirdə AB və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri də çıxış ediblər. Qeyd edək ki, Avropa İttifaqı Azərbaycan və Gürcüstan arasında sərhəd əməkdaşlığı layihəsinə 1,35 milyon avro ayırıb. Sabah tədbir öz işinə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR