FİFA-nın Etika Komitəsi İnfantino barəsində işin başlanılması xəbərini təkzib edib

FİFA-nın Etika Komitəsi İnfantino barəsində işin başlanılması xəbərini təkzib edib
# 03 iyun 2016 05:37 (UTC +04:00)

Bakı-APA. FİFA-nın Etika Komitəsi təşkilatın prezidenti Canni İnfantino barəsində hələlik heç bir işə başlamayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Sky Sports”un jurnalisti Kave Solxekol bildirib.

“FİFA-nın Etika Komitəsindən bildiriblər ki, Canni İnfantino barəsində hələlik heç bir işə başlanılmayıb”, - deyə Solxekol bildirib.

Bundan əvvəl yayılan məlumatda bildirilmişdi ki, FİFA-nın Etika üzrə Müstəqil Komitəsi təşkilatın prezidenti Canni İnfantinonu 90 gün müddətinə vəzifəsindən kənarlaşdıra bilər.

Bu barədə Almaniyanın “Die Welt” nəşrinin müxbiri Tim Ren əldə etdiyi FİFA məmurlarının elektron yazışmalarına əsaslanaraq bildirib.

Onun sözlərinə görə, mümkün sanksiyalara səbəb FİFA Şurasının iclasının protokolunun (stenoqrammasının) silinməsi olub.

Məlumata görə, stenoqrammanın silinməsinə dair göstəriş Canni İnfantino tərəfindən verilib.

Həmin iclasda, həmçinin, FİFA-nın audit və qaydalara riayət komissiyasının sədri Domeniko Skalanın vəzifəsindən kənarlaşdırılmasının mümkünlüyü müzakirə edilib.

“Die Welt” qeyd edib ki, Canni İnfantino həmçinin təşkilatın vəsaitlərini israf etməkdə günahlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR