Bakı – APA. Finlandiya prezidenti Sauli Niinistö Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, Finlandiya prezidentinin məktubunda deyilir:
“Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibəti ilə, cənab Prezident, Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram. Zati-aliləri, dərin ehtiramımı qəbul edin”.