Səudiyyə Ərəbistanı oktyabrda ABŞ və Avropadakı müştəriləri üçün neftin qiymətini aşağı salacaq

Səudiyyə Ərəbistanı oktyabrda ABŞ və Avropadakı müştəriləri üçün neftin qiymətini aşağı salacaq
# 03 sentyabr 2015 21:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkətinə istinadən xəbər verir.

Məlumata görə, Səudiyyə Ərəbistanının nefti ABŞ və Avropadakı müştəriləri üçün sentyabrdakı qiymətlərlə müqayisədə bir barelə görə 0,5–0,9 dollar ucuzlaşacaq. Ən çox “ağır neft”in ucuzlaşacağı bildirilir. Oktyabrdan başlayaraq onun qiyməti Brent markalı neftin orta qiymətindən 7,35 dollar aşağı salınacaq.

ABŞ-dakı müştərilər Light və Heavy markalı neftin bir barelini 0,6 dollar aşağı qiymətlə əldə edəcək. Oktyabrda “yüngül” neftin bir barelinin qiyməti ASCI indeksindən 0,95 dollar yuxarı, “ağır” neftin bir bareli isə - indeksdən 0,95 dollar aşağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR