Şamaxıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Şamaxıda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 15 dekabr 2014 08:57 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun 144-cü kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

Ağsu rayonunun Daşdəmirbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyev Ceyhun Zakir oğlunun idarə etdiyi 99 FM 757 dövlət nömrə nişanlı “Hyundai SantaFe” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı sakini, 1961-ci il təvəllüdlü Nəcəfov Cəfər Müseyib oğluna məxsus 44 BD 161 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR