Cəlilabadda torpaq sürüşməsi baş verib - VİDEO

Cəlilabadda torpaq sürüşməsi baş verib - <span style="color: red;">VİDEO
# 05 noyabr 2015 07:28 (UTC +04:00)

Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, son günlərin intensiv yağıntıları zamanı dağlardan axıb gələn sel sularının yeraltı suxurlara dolması yol yatağının müəyyən hissəsinin yuyulması, bəzi ərazilərdə isə iri çatların əmələ gəlməsinə səbəb olub.

Mövcud vəziyyət çökmüş yolun ətrafındakı alternativ yolda da müşahidə olunur.

Sakinlərin qənaətincə, yağıntıların yenidən başlayacağı təqdirdə ərazidəki dağ yamacının tamamilə sürüşməsi baş verər. Belə olan halda isə 40-a yaxın ucqar yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilə bilər.

Torpaq sürüşməsi həyətyanı sahələrdə də müşahidə olunur. Rayonun Pərdi kəndində iri torpaq qatı uçaraq həyətlərə tökülüb. Sürüşmə zamanı evlərə və təsərrüfatlara ziyan dəyməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR