Azərbaycanda yaşayış məntəqələrində yağın kanalizasiyasının qurulmasına dair tələblər təsdiqlənib

Azərbaycanda yaşayış məntəqələrində yağın kanalizasiyasının qurulmasına dair tələblər təsdiqlənib
# 28 avqust 2015 11:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda yaşayış məntəqələrində yağın kanalizasiyasının qurulmasına dair tələblər təsdiqlənib.

APA-nın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Kanalizasiya. Xarici şəbəkə və qurğular” barədə qərarına əsasən yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ərazilərindən yerüstü tullantı sularının kənarlaşdırılması üçün bağlı sistemlər nəzərdə tutulmalıdır.

Müxtəlif növ novlardan, xəndəklərdən, küvetlərdən, yarğanlardan, kiçik çaylardan istifadə etməklə bu suların açıq sistemlə kənarlaşdırılmasına az mərtəbəli fərdi tikililəri olan ərazilərdə, kənd yaşayış məntəqələrində qəsəbələrdə və bütün digər hallarda müvafiq texniki-iqtisadi əsaslandırmalar, eləcə də Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə razılaşdırılmaqla yol verilir. Yaşayış məntəqələrindən kənarda yerləşən avtomobil yolları və yol xidməti obyektlərinin yerüstü axımlarının təmizləyici qurğulara novlar və küvetlərlə nəql etdirilməsinə yol verilir. Yaşayış məntəqələrində əhalinin sayı 10 min nəfərdən az və ya yağışın intensivliyi (q20) 25 l/(s.ha)-dan az və təkrar olunma ehtimalı ildə iki dəfədən artıq olduğu hallarda yağış kanalizasiyasının layihələndirilməsi tövsiyə edilmir. Yerüstü tullantı sularının təmizləyici qurğulara və su obyektlərinə axıdılması mümkün qədər axım sahəsinin aşağı məntəqələri üzrə özüaxımlı rejimdə nəzərdə tutulmalıdır. Müstəsna hallarda və müvafiq əsaslandırma olduqda yerüstü tullantı sularının təmizləyici qurğulara basqılı sistemlərlə nəql etdirilməsinə yol verilir. Yaşayış məntəqələri və sənaye müəssisələri ərazilərindən yerüstü tullantı sularını kənarlaşdıran sistemlərdə kollektor şəbəkəsinə yanaşı gedən drenajlardan, istilik şəbəkələrindən, yeraltı kommunikasiyaların ümumi kollektorlarından, infiltrasiya və drenaj sularının, həmçinin sənaye müəssisələrinin çirklənməmiş tullantı sularının da daxil olmasının mümkünlüyü nəzərə alınmalıdır.

Məskunlaşma ərazilərindən və müəssisə meydançalarından mütəşəkkil kənarlaşdırılan və mövcud normaların tələb etdikləri səviyyədə təmizlənməyən yağış, ərimiş qar və suvarma sularının su obyektlərinə axıdılmasına yol verilmir. Yerüstü tullantı sularının su obyektlərinə mütəşəkkil qaydada axıdılması şərtləri müəyyən edilərkən su obyektlərinin mühafizəsinə Azərbaycan Respublikasında qüvvədə olan ekoloji və sanitariya tələbləri nəzərə alınmalıdır. Yerüstü axımların kənarlaşdırılma və təmizlənmə sxemləri, həmçinin təmizləyici qurğuların konstruksiyalarının seçilməsi bu suların kəmiyyət və keyfiyyət xarakteristikaları, kənarlaşdırılma şərtləri ilə təyin edilir, bu və ya digər variantın reallaşdırıla bilməsinin texniki imkanları və texniki-iqtisadi göstəricilərinin müqayisəsi ilə qiymətləndirilir. Yağış yağan, qar əriyən, yol örtükləri yuyulan zaman və s. hallarda məskunlaşma əraziləri və çirklənməsinə görə onlara yaxın olan müəssisə ərazilərinin yerüstü illik su axımlarının ən azı 70% -ə qədərinin və məxsusi toksik xassəli və ya üzvi maddələrlə çirklənməsi mümkün olan müəssisələrin ərazilərində yaranan bütün axım həcminin təmizlənməsi təmin edilməlidir. Şəhərlərin və yaşayış məntəqələrinin məskunlaşma ərazilərində yerləşmiş sənaye zonaları, tikinti işləri gedən əraziləri, anbar və avtomobil təsərrüfatı, həmçinin xüsusi çirklənmiş sahələrin (benzindoldurma məntəqələri, avtomobil dayanacaqları, avtobus stansiyaları, ticarət mərkəzləri) yerüstü su axımları yağış kanalizasiyasına və ya mərkəzləşdirilmiş kommunal kanalizasiya sisteminə axıdılmazdan əvvəl yerli qurğularda təmizlənməlidir.

Məskunlaşma ərazilərinin yerüstü suları, ayrılmış sukənarlaşdırıcı sistemlə axıdılarkən təmizləyici qurğular, bir qayda olaraq yağış kanalizasiyasının baş kollektorlarının mənsəbində su obyektinə çıxışdan əvvəl yerləşdirilməlidirlər. Tullantı sularının su obyektlərinə axıdılma yerləri suyun təmizlənməsi, istifadəsi və qorunması ilə məşğul olan idarələr, sanitariya-epidemioloji və balıq mühafizə xidmətləri ilə razılaşdırılmalıdır. Sənaye zonaları, avtomobil nəqliyyatı və piyadaların intensiv hərəkət etdiyi çoxmərtəbəli yaşayış zonaları, iri nəqliyyat magistralları, ticarət mərkəzləri kimi şəhər ərazilərindən, həmçinin kənd yaşayış məntəqələrindən çirkləndirici maddələrə görə böyük yükə malik yerüstü axımlar təmizləyici qurğulara nəql edilməlidir. Şəhərin yağış kanalizasiya sistemində mərkəzləşdirilmiş və ya yerli təmizləyici qurğular olduqda I qrup müəssisələrin ərazilərində yaranan yerüstü axımlar (tərkibinə görə tikintisi olan ərazilərin yerüstü axımlarına yaxın olan sənaye və istehsalat obyektləri) kommunal təsərrüfat idarələri ilə razılaşma yolu ilə ilkin təmizləmə aparılmadan şəhərin yağış suaxıdıcılarına yönəldilə bilər. İkinci qrupa daxil olan müəssisələrin ərazilərindən axan yerüstü tullantı suları (istehsal şəraitinə görə toksik xassələrə malik spesifik maddələrin və ya axımın yüksək göstəricilərə malik olmasına şərait yaradan kifayət miqdarda üzvi maddələrin yerüstü axımlara qarışmasının qarşısının tam alınmasının mümkün olmadığı müəssisələr), yaşayış məntəqəsinin yağış kanalizasiyasına axıdılmazdan əvvəl, həmçinin bu sular istehsalat tullantı suları ilə birlikdə kənarlaşdırılarkən mütləq şəkildə müstəqil təmizləyici qurğularda spesifik çirkləndiricilərdən təmizlənməyə məruz qalmalıdır. Yaşayış məntəqələri və sənaye sahələrinin yağış kanalizasiya qurğuları layihələndirilərkən təmizlənmiş tullantı sularından istehsalat su təchizatında və suvarma məqsədləri üçün istifadə olunması variantı nəzərdən keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR