Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib

Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib
# 15 iyun 2016 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Polis əməkdaşı Bakıda qəza törədib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Babək prospekti 75 ünvanında qeydə alınıb. Polis serjantı, 1993-cü il təvəllüdlü Rahib Rövşən oğlu Əfəndiyevin idarə etdiyi “Hyundai İX-35” markalı xidməti avtomobil Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Həmid Musa oğlu Musayevin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR