Bakı-APA. Bu gün Avropa çempionatının qrup mərhələsi çərçivəsində ikinci turun daha 3 oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, ilk olaraq Britaniya derbisi baş tutacaq. “B” qrupunun mərkəzi qarşılaşmasında İngiltərə Uelslə oynayacaq. Qrupdakı ilk matçında Rusiya ilə son dəqiqələrdə buraxdığı qolla bərabərə qalan Roy Hocsonun yetirmələri qonşuları ilə oyunda ilk qələbənin sevincini yaşamaq istəyirlər. “Qırmızı əjdahalar” isə ikinci oyunu da itkisiz keçərək qrupdan çıxmağı böyük ölçüdə təmin etmək istəyirlər.
Günün digər matçları isə C qrupu çərçivəsində baş tutacaq. Əvvəlcə Ukrayna Şimali İrlandiya ilə, daha sonra isə Almaniya Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk matçında yaxşı oynamasına rəğmən yekunda məğlub olan ukraynalılar bu dəfə meydana mütləq qələbə parolu ilə çıxacaqlar.
Almaniya – Polşa matçı isə ilk matçı qələbə ilə başa vuran iki komandanın dueli olacaq. Qalib gələn komanda növbəti mərhələyə yüksəlmək uğrunda inamlı addım atmış olacaq.
Avropa çempionatı
Qrup mərhələsi
II tur
16 iyun
B qrupu
17:00. İngiltərə - Uels
Baş hakim: Feliks Brix
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
Uels |
1 |
1 |
0 |
0 |
2:1 |
3 |
Slovakiya |
2 |
1 |
0 |
1 |
3:3 |
3 |
İngiltərə |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
Rusiya |
2 |
0 |
1 |
1 |
2:3 |
1 |
C qrupu
20:00. Ukrayna – Şimali İrlandiya
Baş hakim: Pavel Kraloveç
23:00. Almaniya – Polşa
Baş hakim: Byorn Kuypers
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
Almaniya |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
Polşa |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
Ş. İrlandiya |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |
Ukrayna |
1 |
0 |
0 |
1 |
0:2 |
0 |