Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib

Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib
# 14 mart 2013 11:47 (UTC +04:00)

Bakı-APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytınıın məlumatına görə, Azərbaycan milli komandası 286 xalla 116-cı pillədə qərarlaşıb.


Berti Foqtsun yetirmələri ötən ayla müqayisədə 2 pillə irəliləyib. Belə ki, komandamız ötən ay 118-ci pillədə yer almışdı. Yığmamız UEFA-ya üzv olan ölkələr arasında 44-cü yerdədir.

Azərbaycan millisi son 1 ayda heç bir rəsmi matç keçirmədən irəliləyib. Millimizin irəliləyişi 2 Afrika təmsilçisinin geriləməsi sayəsində mümkün olub. Burundi 9, Sudan isə 123 addım geriləməklə komandamızı özündən önə buraxıb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1133 xal) 1 pillə geriləyərək, 7-ci yerə düşüb. Rusiya (1064 xal) 10-cu pillədə qalıb. 8 addımlıq geriləyən İsrail 485 xalla 74-cüdür. Şimali İrlandiya (367) 7 pillə irəliləməklə ilk “yüzlüy”ə daxil olub. İndi britaniyalılar 97-ci yerdə qərarlaşıb. Lüksemburq isə (157) daha 3 pillə aşağı yuvarlanmaqla 2-cü “yüzlüy”ün aşağı yarısına enib – 151-ci yer.

209 yığmanın yer aldığı cədvəlin ilk 3 pilləsində dəyişiklik olmayıb. İlk “üçlük”də müvafiq olaraq, İspaniya (16100), Almaniya (1473) və Argentina (11309) qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq cədvəli aprelin 11-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR