Yaponiyada 6,8 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib - VİDEO

Yaponiyada 6,8 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib - <span style="color: red;">VİDEO
# 11 iyul 2014 21:48 (UTC +04:00)

Bakı-APA. Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasından şərqdə, Sakit okeanda yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilib.

Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb. Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR