Rabitə və informasiya texnologiyaları naziri Gəncədə vətəndaşları qəbul edib - FOTO

Rabitə və informasiya texnologiyaları naziri Gəncədə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 19 aprel 2013 09:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncədə vətəndaş qəbulu keçirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncədə rabitə sahəsində problemi olan 100-ə yaxın sakin nazirlə görüşmək istəyib.

Nazir Əli Abbasov bildirib ki, şikayətçilərin əksəriyyətinin problemləri qəbula kimi müsbət həll edilib. Nazir 27 nəfərin qəbulda iştirak etdiyini bildirib: “Onlardan 22-nin problemi müsbət həll edilib, 3 nəfərin işinin məhkəmə ilə əlaqəsi olduğuna görə onların şikayətlərinə baxılması ayrı vaxta saxlanılıb, 2 nəfərin müraciəti isə bizim sahəyə aid olmadığı üçün Bakıya qayıdandan sonra onların şikayətlərinin uyğun strukturlara çatdıraçağıq”.

Nazir bildirib ki, Gəncədə şikayətlər yeni salınan qəsəbələrdə telefon çəkilişi ilə əlaqəli olub. Bundan başqa, bu sahədə işə qəbul olmaq istəyənlər də müraciət edib: “Biz istəyirik ki, ilk növbədə işə qəbul sahəsində şikayətləri dinləyək və müsbət həll edək. Təhsil almaq üçün müraciət edənlər də var. Biz nazirliyin bu sahədə olan fondu tərəfindən onlara təhsil üçün kömək edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR