15 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib

15 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib
# 27 oktyabr 2014 14:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” Sənədli Filmlər Studiyası tərəfindən daimi saxlanılmaq məqsədilə 15 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

APA-nın məlumatına görə, hazırda “Qafqaza qayıdış”, “Əsrin fonunda portret” (Mustafa Topçubaşov), “Tarixin daş salnamələri”, “İncəsənətin qüvvəsi” (Elmira Şahtaxtinskaya), “Qədim yurdun daş kitabçası”, “Azərbaycan Dövlət Neft Akademiyası-90”, “Azərbaycan rəngkarlığının kraliçası”, “Tahir Salahov”, “Bəşəriyyətin beşiyi”, “Aşiqi Sadiq”, “Fırtınalar qoynunda keçəcək bir ömür” (Fuad Səmədov), “Xəlvətdə qalmış müdrik”, “Çay bir aləm”, “Yaddaşın rəmzi”, “Nisgil” adlı sənədli filmlərin arxivin fonduna qəbulu rəsmiləşdirilir və filmlərin, kinosənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR