İyad bin Amin Mədəni: “Azərbaycan Asiya ilə Avropa arasında körpüdür”

İyad bin Amin Mədəni: “Azərbaycan Asiya ilə Avropa arasında körpüdür”
# 06 aprel 2015 23:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Ciddədə Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə verdiyi naharda deyib.

İyad bin Amin Mədəni Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının siyasi, iqtisadi və digər sahələrdə dəstəklənməsində hər zaman tutduğu mövqeyinə görə İ.Əliyevə minnətdarlığını bildirib: “Tədbirlərə gəldikdə, Bakı bu yaxınlarda İƏT əmək nazirlərinin görüşünü təşkil edib. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul edib. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib.Həmçinin Azərbaycan əsas məsələmizə, işimizə - fələstinli qardaşlarımızın dəstəklənməsinə sadiqliyini nümayiş etdirib”.

İyad bin Amin Mədəni iki ölkənin əhalisinin əsas hissəsinin gənclər olduğunu qeyd edib: “Bu sahədə Azərbaycanın irəli sürdüyü təşəbbüslər nümunəvidir və gənclərə hansı şəkildə yanaşmanın nümunəsi ola bilər. Gənclərdə gələcəyə ümidin, inamın olması çox mühüm məsələdir. Hər hansı mənfi, radikal ünsürlərə onların daxilində müqavimət olmalıdır".

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycanın Asiya ilə Avropa arasında körpü olduğunu deyib: “Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Azərbaycanın bu cür özünəməxsusluğu, tutduğu qəti mövqeyi və İslam Əməkdaşlıq Təşkilatında dəyərləndirdiyimiz hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fərəh mənbəyidir, arxalandığımız meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğu mövqeyinə görə minnətdarıq”.

İyad bin Amin Mədəni qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında sərmayələr artmalıdır: “İşləmək, fikir mübadiləsi aparmaq üçün imkanlar genişdir. İƏT-in üzvü olan dövlətlər arasında eyni layihələr və investorlarla rəqabətə girmək yox, əvəzləmə prinsipi əsasında çalışmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR