Bahar Muradova: “Qaralama kampaniyalarına baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək”

Bahar Muradova: “Qaralama kampaniyalarına baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək”
# 03 aprel 2015 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Qarşıdan gələn Avropa Oyunları ilə bağlı beynəlxalq aləmdə bəzi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli qaralama kampaniyasına start verilib. Bu dairələr kampaniyanı daha çox öz nəzarətlərində olan media qurumları vasitəsilə həyata keçirirlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Türkiyənin media nümayəndələri ilə görüşündə deyib.

O, təəssüflə qeyd edib ki, bəzi beynəlxalq dairələr idmandan da siyasi alət kimi istifadə etməyə çalışırlar: “Bu, qəbulolunmazdır. Azərbaycana qarşı aparılan bu qaralama kampaniyası da heç cür qəbul oluna bilməz. Ona görə də hesab edirəm ki, həmin kampaniyaya qarşı bizim media da öz sözünü deməlidir. Bu məsələdə həm Azərbaycan, həm də qardaş Türkiyə mediası birgə fəaliyyət ortaya qoymalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR