Bakıda iki qadını vuran sürücü hadisə yerindən qaçıb

Bakıda iki qadını vuran sürücü hadisə yerindən qaçıb
# 27 aprel 2015 10:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki qadını vuran sürücü hadisə yerindən qaçıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də saat 23.00 radələrində paytaxtın Səbail rayonunun Neftçilər prospektində qeydə alınıb. Naməlum sürücünün idarə etdiyi “Hyundai-Elantra” markal avtomobillə təxminən 30-35 yaşlarında 2 naməlum qadın vurulub. Onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti orta-ağırdır.

Avtomobil Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Zığ yolu küçəsində saxlanılıb, lakin sürücü avtomobildən düşərək qaçıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR