İranda güclü zəlzələ baş verib, yüzlərlə insanın öldüyü bildirilir - YENİLƏNİB

İranda güclü zəlzələ baş verib, yüzlərlə insanın öldüyü bildirilir - <span style="color: red;">YENİLƏNİB
# 16 aprel 2013 13:50 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran İslam Respublikası ərazisində güclü zəlzələ baş verib. APA-nın xəbərinə görə, zəlzələnin episentrinin İran-Pakistan sərhədinə təsadüf etdiyi və 8 bal gücündə olduğu bildirilir.

Təkanlar bütün Fars Körfəzi ölkələrində və Hindistanda da hiss edilib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələdən bir qədər sonra təkanların 7,8 bal, İran tərəfi isə 7,5 bal gücündə olduğunu açıqlayıb.

İran Dövlət Televiziyası azı 40 nəfərin öldüyü haqda xəbər yaysa da, adının çəkilməsini istəməyən rəsmi şəxslər yüzlərlə adamın öldüyünü bildiriblər.

Təbii fəlakət baş verən ərazi ilə telefon əlaqəsi kəsilib. İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mahmud Müzəffər bildirib ki, hadisə yerinə ilkin yardım üçün Xorasan, Kirman və başqa yerlərdən 5 xilasedici dəstə göndərilib. O əlavə edib ki, zəlzələnin baş verdiyi 10 məntəqədə yaşayış binaları azdır.

Episentri Sərvan şəhəri olan zəlzələnin son 40 ildə İranda baş vermiş ən güclü yeraltı təkan olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.

Pakistanda da dağıntılar var. Ən azı 1200 evin dağıldığı barədə xəbərlər gəlir.

***

saat 16:07

Bakı – APA. İran İslam Respublikası ərazisində güclü zəlzələ baş verib.

APA-nın xəbərinə görə, zəlzələnin episentrinin İran-Pakistan sərhədinə təsadüf etdiyi və 8 bal gücündə olduğu bildirilir. Hələlik tələfat və dağıntılar haqda məlumat yoxdur.

Təkanlar bütün Fars körfəzi ölkələrində və Hindistanda da hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR