Ağsuda 23 yaşlı oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqlayıb - VİDEO

Ağsuda 23 yaşlı oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 11:43 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və H. Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib. Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Y. Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, qardaşla bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR