Goranboyda qətl hadisəsi baş verib

Goranboyda qətl hadisəsi baş verib
# 03 noyabr 2015 12:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Goranboyda qətl hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də Goranboy rayonunun Nizami kəndindəki çayxanada kənd sakini Rəşad Babayev münaqişə zəminində orada işləyən Həsən Həsənova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş H.Həsənov orada ölüb.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Babayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR