Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan vətəndaşı saxlanılıb
# 18 iyun 2016 11:08 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Sınıq Körpü” gömrük-keçid məntəqəsinin Gürcüstan hissəsində Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən bildirilib.

Nazirliyin əməkdaşları Azərbaycan vətəndaşı Anar Məmmədovun üzərində baxış keçiriblər və onun qanunsuz yolla Gürcüstana keçirmək istədiyi külli miqdarda qızıl-zinət, zərgərlik məmulatları aşkarlanıb. Onlar 33 min dollar məbləğində dəyərləndirilib.

Saxlanılan Azərbaycan vətəndaşını Gürcüstan CM-nin 214-cü maddəsi ilə 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR