Gürcüstan. Nizami Məmmədzadə - APA. “Sınıq Körpü” gömrük-keçid məntəqəsinin Gürcüstan hissəsində Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyindən bildirilib.
Nazirliyin əməkdaşları Azərbaycan vətəndaşı Anar Məmmədovun üzərində baxış keçiriblər və onun qanunsuz yolla Gürcüstana keçirmək istədiyi külli miqdarda qızıl-zinət, zərgərlik məmulatları aşkarlanıb. Onlar 33 min dollar məbləğində dəyərləndirilib.
Saxlanılan Azərbaycan vətəndaşını Gürcüstan CM-nin 214-cü maddəsi ilə 5 ildən 7 ilədək həbs cəzası gözləyir.
Faktla bağlı araşdırma aparılır.