Sutka ərzində atəşkəs rejimi 14 dəfə pozulub - VİDEO

Sutka ərzində atəşkəs rejimi 14 dəfə pozulub - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2014 06:51 (UTC +04:00)

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.


Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR