Azərbaycanlılar İraq DİN-in icazəsi olmadan müqəddəs yerləri ziyarət edə biləcəklər

Azərbaycanlılar İraq DİN-in icazəsi olmadan müqəddəs yerləri ziyarət edə biləcəklər
# 18 avqust 2015 14:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanlılar artıq İraqın Daxili İşlər Nazirliyinin razılığı olmadan İraqdakı müqəddəs yerləri ziyarət edə bilərlər. APA-nın məlumatına görə, bu barədə məlumatı İraqın Azərbaycandakı səfiri Heydər Şiə əl-Barrak özünün “facebook” hesabında yerləşdirib. Məlumatda qeyd olunur ki, bu barədə İraqın baş nazirinin qərarında göstərilir: “Bununla əlaqədar olaraq İraq Respublikasının Azərbaycan Respublikasındakı səfiri müqəddəs yerləri ziyarət üçün azərbaycanlı zəvvarlara fərdi və qrup halında viza vermək səlahiyyətinə malikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR