“Bizim üçün önəmli olan qarşımızda kimlərin olduğu deyil. Kim olur-olsun fərqi yoxdur Əsl önəmli bizim millətə nə deyəcəyimiz və necə qucaqlaşacağımızdır”.
APA-nın “NTV”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında deyib.
İyunun 24-də Türkiyədə nəzərdə tutulmuş növbədənkənar prezident seçkilərinə xarici müdaxilənin olmasına münasibət bildirən Ərdoğan onların yenə də bacarmayacaqlarını vurğulayıb: “Terror təşkilatından istifadə edərək Türkiyəni çuxurlara məhkum etmək istədilər. Bacarmadılar. İndi də bütün ümidlərini 24 iyuna bağlayıblar. Ölkəmizdə müxalifətin sorosları çoxdur. Amma indi burdan da elan edirəm ki, yenə bacarmayacaqsınız! Bunların tikili ağacı yoxdur, tikiləni də yıxarlar. Əsas niyyətləri var olanı tükətməkdir.
Qarşımızdakı dövrdə daha çox demokratiya, azadlıq , daha çox hüzur və geniş haqlar üçün irəli atılmış böyük addımlar nəzərdə tutmuşuq".