Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin DSK-lara təqdim olunması müddəti başa çatıb

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin DSK-lara təqdim olunması müddəti başa çatıb
# 22 noyabr 2014 15:05 (UTC +04:00)

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası oktyabrın 21-də bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-də keçirilməsi barədə qərar qəbul edib.


Qərara əsasən 1607 bələdiyyəyə 15035 nəfər bələdiyyə üzvü seçilməlidir.

Seçki Məcəlləsinin tələblərinə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar, bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim olunması müddəti qanunvericilikdə nəzərdə tutulduğu kimi bu gün saat 18:00-da başa çatıb.

MSK sədri Məzahir Pənahov noyabrın 21-də son məlumatları açıqlayaraq 34 140 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürüldüyünü, namizədliyini irəli sürənlərin 25 387 nəfərinin (66 faiz) kişi, 8753 nəfərinin (34 faiz) qadın olduğunu, 29 minə yaxın bələdiyyə üzvlüyünə namizədin qeydə alındığını açıqlayıb. O, bu il keçiriləcək bələdiyyə seçkilərində 1 yerə təxminən 2 namizədin iddialı olduğunu bildirib.


Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyaları imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər seçki sənədlərini qəbul etdikdən sonra 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul edir. Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması davam etməkdədir və bu proses noyabrın 29-da yekunlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR