Zaqatalada avtomobil ağaca çırpılıb, iki qadın xəsarət alıb

Zaqatalada avtomobil ağaca çırpılıb, iki qadın xəsarət alıb
# 16 noyabr 2015 09:12 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 15-i axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar yolunda hələlik adı açıqlanmayan sürücünün idarə etdiyi “Volkswagen Passat” markalı, 99 DT 691 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq, ağaca çırpılıb. Nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan sərnişinlər - rayonun Göyəm kənd sakini, 1962-ci il təvəllüdlü Meselova Pirdas İbrahim qızı və Zaqatala şəhər sakini, 1974-cü il təvəllüdlü Qaralova Rəsmiyyə Qasım qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.


Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR