Azərbaycan Tiflisdə keçiriləcək beynəlxalq xeyriyyə yarmarkasında iştirak edəcək

Azərbaycan Tiflisdə keçiriləcək beynəlxalq xeyriyyə yarmarkasında iştirak edəcək
# 03 dekabr 2015 20:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Dekabrın 5-də Azərbaycanın Gürcüstandakı səfirliyi Tiflisdə ənənəvi "Qış sərgisi" adlı beynəlxalq xeyriyyə yarmarkasında iştirak edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Məlumata görə, xeyriyyə yarmarkasında Tiflisdə akkreditə olunan 20-dən çox xarici ölkələrin diplomatik nümayəndəlikləri, yerli və xarici şirkətlərin təmsil olunacağı gözlənilir. Tədbirə Tiflis şəhər meriyası və beynəlxalq təşkilatların nümayəndələri də qatılacaq.

Azərbaycan səfirliyindən verilən məlumata görə, beynəlxalq xeyriyyə yarmarkasının keçirilməsində əsas məqsəd tədbirdə satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə məqsədi ilə istifadə olunmasıdır. "Qış sərgisi" xeyriyyə tədbiri iştirak edən ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Tədbirdə hər il olduğu kimi bu il də Azərbaycan mətbəxindən nümunələr, ölkəmizi təbliğ edən xalçalar, müxtəlif milli suvenirlər, jurnallar və Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və yerli şirkətlərin istehsal etdiyi məhsullar nümayiş etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR