İranda 600 azərbaycanlı tələbə ana dili tələbi ilə yerli mediaya müraciət edib - FOTO

İranda 600 azərbaycanlı tələbə ana dili tələbi ilə yerli mediaya müraciət edib - <span style="color: red;">FOTO
# 21 fevral 2013 08:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda yaşayan azərbaycanlı tələbələr Beynəlxalq Ana Dili Günü münasibətilə İran mətbuatına və televiziyalarına məktubla müraciət edib. APA-nın məlumatına görə, “Şərq”, “Etimad”, “Bahar”, “Arman”, “Mehrnamə”, “Nəsimebidari”, “Əndişepuya” qəzetlərinə və özəl televiziyalara göndərilən məktub 600 azərbaycanlı tələbə tərəfindən imzalanıb. Ana dilinin hər bir millət üçün əhəmiyyətindən bəhs edilən məktubda yazılıb: “ İran mediasında ana dilimiz olan Azərbaycan türkcəsində heç nə yazılmır və heç bir proqram hazırlanmır. Sizdən ana dilimizdə veriliş hazırlamağınızı və qəzetlərinizdə ən azı 1 səhifə yazı dərc etməyinizi istəyirik. Hətta icazə versəniz, bu işi özümüz də görərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR