Azərbaycanın xarici işlər naziri Fransanın Bordo şəhər məscidinin rəhbərini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Fransanın Bordo şəhər məscidinin rəhbərini qəbul edib - <span style="color: red;">FOTO
# 18 aprel 2013 14:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Fransanın Bordo şəhər məscidinin rəhbəri Tareq Ubrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bildirib, tarixən müxtəlif dini icma nümayəndələrinin birgə sülh şəraitində yaşayıb çalışdıqlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir deyib ki, dünyada sülhü təşviq edən İslam dininin terrorla bağlanaraq təqdim edilməsi çox yanlış bir yanaşmadır.

Bordo şəhər məscidinin rəhbəri Tareq Ubru öz növbəsində Azərbaycanı dünyəviliyin nümunəsi adlandıraraq, burada mövcud dini tolerantlıq haqda məlumatlı olduqlarını bildirib və ölkəmizə səfəri zamanı sözügedən tolerantlığın şahidi olduğunu diqqətə çatdırıb. Ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən Tareq Ubru Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün rol oynamağa hazır olduqlarını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR