Con Kerri: "İraq Kürdüstanının müstəqil dövlət kimi tanınmasının vaxtı çatmayıb"

Con Kerri: "İraq Kürdüstanının müstəqil dövlət kimi tanınmasının vaxtı çatmayıb"
# 01 noyabr 2014 08:11 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “İraq Kürdüstanının müstəqil dövlət kimi tanınması üçün hələ vaxt yetişməyib”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. “Yox, indi vaxtı deyil. Bir çox səbəblərə görə qəti vaxtı deyil”, – deyə o, söyləyib.

C. Kerri bildirib ki, bir problemi digərinin ardınca həll etmək lazımdır: “Mən düşünürəm ki, lider Bərzani bunu başa düşür. O, Bağdadda yeni hökumətin yaradılmasına kömək edib, kürdlər bu işə qatılıblar. Onlar anlayırlar ki, indi bir olmaq və “İslam Dövləti”nə qarşı həmrəylik nümayiş etdirmək lazımdır”.

ABŞ-ın diplomatiya rəhbəri onu da əlavə edib ki, bu cür müzakirələr İraq parlamentindəki koalisiyanı dağıda bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR