İran prezidenti Tehranın sabiq prokurorunun həbsini pisləyib

İran prezidenti Tehranın sabiq prokurorunun həbsini pisləyib
# 05 fevral 2013 11:42 (UTC +04:00)

APA-nın “Radio Fərda”ya istinadən məlumatına görə, M.Əhmədinejad Misirə yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada S.Mürtəzəvinin həbsindən çox narahat olduğunu və təəssüfləndiyini deyib.

Hadisədən qəzəblənən prezident bildirib ki, Misirdən qayıdan kimi “belə bir çirkin məsələnin” üstünə düşəcək: “Bu hadisə İrana və Məhkəmə Sisteminə yaraşmaz. Məhkəmə Sistemimiz ailə məhkəməsi deyil. Mürtəzəvinin həbs edilməsi çox ayıbdır. Bilmirəm onu nə üçün tutublar? Qanunu biri pozub, amma başqasını həbs ediblər. Halbuki birinci qanunu pozan tutulmalı idi. Bu adam sadəcə qanun pozuntusu ilə bağlı məlumat verib”.

Qeyd edək ki, İranda Məhkəmə Sisteminin sədri parlamentin sədri Əli Laricaninin qardaşı ayətullah Sadiq Amoli Laricanidir. Hələlik prokurorluqdan S.Mürtəzəvinin həbs səbəbi açıqlanmasa da, yerli mətbuat onun prezidentlə Ə.Laricani arasında yaranmış siyasi qalmaqal nəticəsində tutulduğunu ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR