Suraxanı rayonunda intihar hadisəsi baş verib

Suraxanı rayonunda intihar hadisəsi baş verib
# 04 mart 2013 12:58 (UTC +04:00)

Bakı. Nizam Rza APA Bu gün Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində, “Yeddi Gözəl” adlanan yerdə 40-50 yaşlı kişi özünü 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. Həmin şəxs hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri çalışır. İntihar edən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR