Rusiyada milyarderlərin sayı 131-ə çatıb

Rusiyada milyarderlərin sayı 131-ə çatıb
# 18 fevral 2013 10:38 (UTC +04:00)

Bakı. APA-Economics. Rusiyada «dollar milyarderlərinin» sayı 131-ə çatıb və onların məcmu sərvəti 450 mlrd. dollara bərabərdir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə CEO jurnalı tərəfindən hazırlanmış reytinqdə göstərilir.

Eyni zamanda, Rusiyanın 10 ən varlı insanın sərəncamında 147 mlrd. dollar var ki, bu da illik müqayisədə 12% çoxdur. İlk onluğa 18,72 mlrd. dollar göstəricisi ilə «Metalloinvest» şirkətinin təsisçisi Alişer Usmanov başçılıq edir. Bundan sonra NLMK şirkəti Direktorlar Şurasının sədri Vladimir Lisin (17,2) mlrd. dollar, «Renova»nın sahibi Biktor Vekselberq (15,94 mlrd. dollar), «Alfa-qrup»un əsas sahibi Mixail Fridman (15,32 mlrd. dollar), «ONEKSİM»in sahibi Mixail Proxorov (15,25 mlrd. dollar), «Severstal»in sahibi Aleksey Mordaşov (14,14 mlrd. dollar), «Novatek»in sahiblərindən biri olan Leonid Mixelson (13,74 mlrd. dollar), «Bazovıy element»in sahibi Oleq Deripaska (12,64 mlrd. dollar), «Norilski nikel»in əsas səhmdarı Vladimir Potanin (12,32 mlrd. dollar) və «LUKoil» şirkətinin prezidenti Vahid Ələkbərov (12,03 mlrd. dollar) yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR